“Qarabağ” yaxın vaxtlarda Serbiyanın “Partizan” klubunun müdafiəçisi Nihad Muxakiçin transferini rəsmən açıqlaya bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.
Məlumata görə, klublar bosniyalı mərkəz müdafiəçisinin keçidi ilə bağlı bütün detalları razılaşdırıblar. “Sportski zurnal” nəşrinin iddiasına əsasən, Belqrad təmsilçisi futbolçunu satmağa məcbur qalıb. Buna səbəb klubun 28 yaşlı oyunçunun aylıq 40 min avro məvacibini ödəməkdə çətinlik çəkməsidir.
Bildirilib ki, Ağdam klubu “Partizan”a bu transfer üçün bir neçə yüz min avro təzminat ödəyəcək.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan Muxakiç ötən mövsümü icarə əsasında Türkiyənin “Qaziantep” klubunda keçirib.
