12 iyul 2026 12:08
119

Bir mundialda ən çox qolu “Real”ın futbolçuları vurub

Madridin “Real” klubunun futbolçuları DÇ-2026-da vurduqları qolların sayına görə yeni rekorda imza atıblar.

“İki sahil” xəbər verir ki, “kral klubu”nun oyunçuları turnirdə ümumilikdə 19 qol vuraraq bir dünya çempionatında eyni klubun futbolçularının ən çox qol vurması rekordunu yeniləyiblər.

Bununla da Madrid təmsilçisi 18 qolla rekorda şərik olan Macarıstanın “Honved” (1954), Almaniyanın “Bavariya” (2014) və Fransanın PSJ (2018) klublarını geridə qoyub.

“Real”ın futbolçularından Kilian Mbappe Fransa millisinin heyətində 8, Cud Bellinqem İngiltərə millisində 6, Vinisius Junior Braziliya millisində 4 qol vurub. Arda Gülər isə Türkiyə yığmasının heyətində 1 dəfə fərqlənib.

Tarixi rekorda çevrilən 19-cu qolu Bellinqem Norveçə qarşı keçirilən 1/4 final matçında (2:1) dubl edərək vurub.