12 iyul 2026 13:40
88

Mundiallarda bunu bacaran ilk komanda oldular

Argentina millisi dünya çempionatları tarixində unikal nailiyyətə imza atıb.

“İki sahil” "Opta"ya istinadən xəbər verir ki, Lionel Skaloninin komandası mundiallar tarixində ardıcıl 12 oyunda 2 və ya daha çox qol vuran ilk yığma olub.

Argentina bu rekordu 2026-cı il dünya çempionatının 1/4 finalında İsveçrəni əlavə vaxtda 3:1 hesabı ilə məğlub etməklə rəsmiləşdirib.

Qeyd edək ki, Argentina iyulun 15-də keçiriləcək yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq.