14 iyul 2026 22:04
103

Torpağımızın hər qarışını qoruyacağıq - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampın hədələrinə cavab verib.

“İki sahil” xəbər verir ki, M. Pezeşkian bu barədə IRIB-yə müsahibəsində bildirib.

"Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik və torpağımızın hər qarışını qoruyacağıq", - o deyib.

İran Prezidenti əlavə edib ki, Trampın bəyanatlarına amerikalıların özləri cavab verməlidirlər.

Xatırladaq ki, ABŞ Prezidenti D. Tramp bildirib ki, Amerika hərbçiləri tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacaq. Ağ Ev rəhbəri Hörmüz boğazına ABŞ-nin nəzarət edəcəyini də açıqlayıb. Halbuki İran bu su yolunun idarəçəliyini yalnız Omanla bölməyə razıdır.