15 iyul 2026 22:43
97

Rəsmi: "Beşiktaş" Leandro Trossardı transfer etdi

Türkiyənin "Beşiktaş" klubu İngiltərənin "Arsenal" komandasının belçikalı cinah oyunçusu Leandro Trossardı heyətinə qatdığını rəsmən açıqlayıb.

İki sahil” yerli mediaya istinadla xəbər verir ki, "Beşiktaş Futbol AŞ" tərəfindən İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) edilən rəsmi açıqlamada, 31 yaşlı futbolçu üçün "Arsenal" klubuna 3 il ərzində 6 bərabər hissəli ödənişlə ümumilikdə 18 milyon avro transfer haqqı ödəniləcəyi bildirilib.

Trossard ilə "3+1" illik müqavilə imzalandığı qeyd olunub. Belçikalı ulduz hər mövsüm üçün "Beşiktaş"dan 6 milyon 500 min avro məvacib alacaq.

Təcrübəli futbolçu sabah yerli vaxtla saat 19:03-də "Beşiktaş Park" stadionunda, klub prezidenti Serdal Adalının da iştirak edəcəyi təntənəli mərasimlə azarkeşlər önündə rəsmi müqaviləyə imza atacaq. Yeni transferin "Beşiktaş"da 19 nömrəli formanı geyinəcəyi dəqiqləşib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”