16 iyul 2026 08:51
97

ABŞ ordusu sutka ərzində İrana qarşı ikinci zərbə dalğasını başa çatdırıb

ABŞ Silahlı Qüvvələri sutka ərzində İrana qarşı həyata keçirdiyi ikinci zərbə dalğasını başa çatdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-nin Şərq sahili vaxtı ilə iyulun 15-də saat 21:00-da (Bakı vaxtı ilə iyulun 16-da saat 05:00-da) başa çatıb.

Məlumata görə, ABŞ qüvvələri İranın komanda idarəetmə mərkəzlərinə, hava hücumundan müdafiə (HHM) sistemlərinin, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelərə, eləcə də sahilboyu müşahidə məntəqələrinə yüksək dəqiqlikli sursatlarla zərbələr endirib.

CENTCOM-un açıqlamasında qeyd olunur ki, zərbələr, o cümlədən İranın Bəndər-Abbas şəhərinə də endirilib.