Türkiyənin Isparta vilayətinin Keçiborlu rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun TIR-a çırpılması nəticəsində bir neçə nəfər xəsarət alıb.
“İki sahil” DHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində mikroavtobusda olan 17 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.