Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ukrayna ətrafındakı hərbi əməliyyatların aktivləşməsi fonunda həm döyüş meydanında, həm də diplomatik müstəvidə yaranmış çıxılmaz vəziyyətdən ciddi narahatlıq keçirdiyini bəyan edib. Bununla belə, o vurğulayıb ki, rəsmi Ankara böhranın aradan qaldırılması üçün özünün fəal diplomatik missiyasını qətiyyətlə davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, ölkəsi münaqişənin dinc yolla nizamlanması üçün yeni sülh təşəbbüslərinə, o cümlədən Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti danışıqlar raundunun təşkil olunmasına yönəlmiş diplomatik fəaliyyətini aktiv şəkildə davam etdirmək niyyətindədir.