17 iyul 2026 11:47
93

Kiyevdə müdafiə nazirinin istefası ilə bağlı mitinq keçirilir

Ukraynanın paytaxtı Kiyev şəhərində onlarla insan ölkənin müdafiə naziri Mixail Fyodorovun vəzifəsindən azad edilməsinə etiraz olaraq yenidən küçələrə çıxıb. Etirazçılar hökumət məhəlləsinin yaxınlığında yerləşən İvan Franko meydanına toplaşaraq kadr qərarına narazılıqlarını bildirirlər.

“İki sahil” xəbər verir ki,  aksiyadan canlı yayımı Ukraynanın "Kiyev-24" telekanalı həyata keçirir.

Xatırladaq ki, iyulun 15-də axşam saatlarında rəqəmsal islahatları və texnoloji yenilikləri ilə tanınan Mixail Fyodorovun müdafiə naziri postunu tərk edəcəyi məlum olub. Bu xəbər Ukrayna cəmiyyətində və sosial şəbəkələrin yerli seqmentində kəskin reaksiyaya səbəb olub: Mayın 16-dan etibarən Kiyevlə yanaşı, Lvov, İvano-Frankivsk, Vinnitsa, Lutsk, Odessa və Dnepr kimi digər böyük şəhərlərdə də insanlar etiraz aksiyalarına başlayıblar.  Nümayişçilər "Fyodorovu geri qaytarın!", "Sırski istefaya!" şüarları səsləndirərək, Müdafiə Nazirliyində başlanan texnoloji islahatların yarımçıq qalmasından narahat olduqlarını bildirirlər.