Rusiya və Norveç hərbi qərargahlar səviyyəsi də daxil olmaqla, qarşılıqlı təmasları saxlamaqda davam edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Norveç Silahlı Qüvvələrinin baş komandanı general Eirik Kristoffersen ABŞ-ın nüfuzlu "Politico" qəzetinə verdiyi müsahibədə bildirib.
Norveçli baş komandan iki qonşu ölkə arasında Arktika bölgəsindəki gərginliyi azaltmağa xidmət edən hərbi diplomatik kanalların hələ də fəaliyyət göstərdiyini vurğulayıb:
"Biz Rusiyanın sərhəd xidmətləri ilə müntəzəm olaraq görüşürük... Bizim birləşmiş qərargahlarımızla Rusiyanın Şimal Donanmasının komandanlığı arasında birbaşa və açıq rabitə kanalı mövcuddur."
General Kristoffersen qeyd edib ki, iki ölkə arasında hərbi və mülki sahədə gərginliyin nəzarətdən çıxmaması üçün fundamental sazişlərin icrası davam etdirilir.