Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilov ölkəmizdə səfərdə olan "UnionPay"in sədr müavini və baş icraçı direktoru Van Lisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə tərəflər arasında cari ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən birgə layihələrin icra statusu, ölkədə rəqəmsal ödəniş ekosisteminin və QR kod əsaslı ödəniş həllərinin inkişafı istiqamətində perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı inteqrasiya imkanları müzakirə olunub.
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb