Bu, daha çox hansı sahələri əhatə edir?
Artıq 2026-cı ilin birinci yarısında ölkə iqtisadiyyatında müsbət tendensiyalar müşahidə olunub. Sevindrici haldır ki, bu göstəricilər daha çox qeyri- neft sektorunu əhatə edir.
13 388,6 milyon kVt·st elektrik enerjisi istehsal olunub
Energetika Nazirliyindən verilən məlumata görə, 2026-cı ilin birinci yarısında İES-lərdə 10 594,9 mln. kVt·st, SES-lərdə 1 891,7 mln. kVt·st, digər mənbələr üzrə isə 902 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 475,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 282,7 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Bu ilin 6 ayında 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 31,2 mln. kVt·st, külək elektrik stansiyalarında 454,7 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 463,1 mln. kVt·st artımla 2 793,7 mln. kVt·st təşkil edib.
Yanvar-iyun ayları üzrə elektrik enerjisinin istehsalı «Azərenerji» ASC üzrə 11 479,5 mln. kVt·st (İES-lərdə 9 568,9 mln. kVt·st, SES-lərdə 1 883,2 mln. kVt·st, GES-lərdə 27,4 mln. kVt·st), «Azərişıq» ASC üzrə külək elektrik stansiyalarında 14 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 895,1 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 241,2 mln. kVt·st, idxalı isə 113,1 mln. kVt·st olub.
Fransa ilə ticarət dövriyyəsi 2 dəfəyədək çoxalıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Fransa ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 1,9 dəfə artaraq 230 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Fransa ilə ticarətin payı 0,93 faiz təşkil edib.
Pərakəndə ticarət dövriyyəsi 3,7 faiz çoxalıb
2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,5 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 525,7 manatlıq, o cümlədən 285,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 240,0 manatlıq qeyri-ərzaq malları alıb.
Naxçıvanda ÜDM istehsalı 835 460,5 min manat olub
2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 835 460,5 min manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz çoxdur.
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin hesabatına görə, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 1767,5 manat təşkil edib.
Hesabat dövründə muxtar respublikada iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 131 696,5 min manat investisiya yönəldilib ki, bu da bir il öncəki göstəricidən 23,1 faiz çoxdur. İstifadə olunan investisiyanın 54 498,4 min manatı və ya 41,4 faizi məhsul istehsalı sahələrinə, 17 293,8 min manatı və ya 13,1 faizi xidmət sahələrinə, 59 904,3 min manatı və ya 45,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Qeyri-neft məhsullarının ixracında meyvə-tərəvəzin çəkisi artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 493,9 milyon dollar dəyərində 429,3 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 18,8 faiz, həcmi isə 6,7 faiz artıb.
Cari ilin ilk 6 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,03 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 8,9 faizə bərabər olub.
Çin ilə ticarət dövriyyəmizin ümumi həcmi 2 222,6 milyon dolları üstələyib
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 6,4 faiz artaraq 2 222,6 milyon dolları üstələyib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Çin ilə ticarətin payı 9 faiz təşkil edib.
«KOB evləri»ndə sahibkarlara 312 mindən çox xidmət göstərilib
«KOB evləri»ndə sahibkarlara 312 mindən çox xidmət göstərilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, «KOB evləri»ndə sahibkarlara göstərilmiş xidmətlərin 272 minə yaxını dövlət qurumları, 40 mindən çoxu isə biznes qurumları tərəfindən göstərilib.
Bu ilin I yarısında «KOB evləri»ndə bir sıra yeni xidmətlər də sahibkarların istifadəsinə verilib. Onların «KOB evləri»ndə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98 faiz təşkil edir.
Yataqlar hərraca çıxırılacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac avqustun 26-da keçiriləcək.
Dövlət Xidmətinin məlumatına görə, hərracda Füzuli rayonu «Arayatlı» (38.7 ha) və Qəbələ rayonu «Bumçay» (27.5 ha) qum-çınqıl yataqları investorlara təklif olunacaq.
İddiaçılar hərracda iştirakla bağlı sənədləri 19 avqust 2026-cı il saat 18:00-dək «Bakı KOB evi»nə təqdim edə bilərlər.
Əsas şərtlər toplusunu əldə etmək və hərracda iştirak üçün iddiaçılar hərrac haqqında elanda qeyd olunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilərlər. Hərrac Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Elçin Zaman, «İki sahil»