17 iyul 2026 20:20
80

"Sumqayıt" onu da göndərdi

"Sumqayıt" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb. 

Abdul Raşid Mumini ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 

Xatırladaq ki, "Sumqayıt" daha öncə Sənan Muradlı, Aleksandr Ramalinqom və Rayan Senhadji ilə yollarını ayırıb.