19 iyul 2026 12:06
176

Silah zavodunun poliqonunda yanğın baş verdi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-yə məxsus poliqonlardan birində keçirilən sınaqlar zamanı dünən axşam saatlarında yanğın hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən yanğın qısa zamanda söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının səbəbi və digər təfərrüatlar araşdırılır.