Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.