19 iyul 2026 20:13
160

“Xilasedici” komandasının Çempionlar Liqasındakı rəqibi bəlli olub

Lüksemburq şəhərində Avropa Voleybol Federasiyasının (CEV) təşkilatçılığı ilə kişi voleybolçular arasında CEV Çempionlar Liqasının ("CEV Champions League Volley 2027") püşkatma mərasimi keçirilib. Turnirdə Avropanın müxtəlif ölkələrindən 18 komanda mübarizə aparır.

Son Azərbaycan çempionu – Fövqəladə Hallar Nazirliyinin (FHN) kişilərdən ibarət "Xilasedici" voleybol komandası püşk nəticəsində rəqibsiz (Bye) qalaraq birbaşa növbəti mərhələyə yüksəlib.

FHN-dən “İki sahil”ə verilən məlumata görə, təmsilçimizin növbəti mərhələdəki rəqibi Portuqaliyanın "Sporting CP Lisboa" klubu olub. Cütün ilk oyunu noyabrın 3-5-i, cavab görüşü isə noyabrın 10-12-də baş tutacaq.