19 iyul 2026 20:56
159

"Yuventus" ukraynalı qapıçını hədəfə aldı

İtaliyanın "Yuventus" klubu "Benfika"nın qapıçısı Anatoli Trubini transfer etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə "GiveMeSport" nəşri məlumat yayıb. Ukrayna millisinin qolkiperi ilə bir neçə klub maraqlansa da, son olaraq Turin təmsilçisi də onun uğrunda mübarizəyə qoşulub.

Qeyd edək ki, transferin qarşısındakı əsas maneə "Benfika"nın tələb etdiyi məbləğdir. Lissabon klubu 23 yaşlı qolkiperi 30 milyon avro dəyərində qiymətləndirir. 

Xatırladaq ki, Portuqaliya təmsilçisi Trubini 2023-cü ildə Donetsk "Şaxtyor"undan 10 milyon avroya transfer etmişdi.