Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub.
Mədəniyyət Nazirliyindən “İki sahil”ə bildirilib ki, görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib.
Kompozisiyanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Elnur Məmmədov, musiqi tərtibatçısı Tərlan Əsgərlidir.
Səhnə işində Xalq artist Sabir Məmmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Nazir Rüstəmov, Elşən Rüstəmov, aktyorlar Nəzrin Abdullayeva, Vüsal Məmmədov, Zəhra Salayeva, Sürahi Əliməmmədova və Emin Sevdimalıyeva yer alıblar.
Ayşən Mehdiyeva (xanəndə), Əməkdar artist Toğrul Əsədullayev (kamança), Səxavət Məmmədov (tar) və Cəfər Həsənovun (nağara) ifasında təqdim olunan musiqi nümunələri alqışlarla qarşılanıb.
"AnewZ" "Cəbhə xətti: Koreya – bir müharibə, iki həll" sənədli filmini təqdim edib
Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib