20 iyul 2026 01:40
176

NYT: ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir

ABŞ Avropadan Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcı təyyarələri yerləşdirir.

“İki sahil” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Məlumata görə, Almaniyadan F-16, Böyük Britaniyadan isə F-35 qırıcıları regiona göndərilib. Bundan əlavə, Yaxın Şərqə əlavə yanacaqdaşıyan (tanker) hərbi təyyarələrin də yerləşdirildiyi bildirilir.

Nəşr qeyd edir ki, bu addım ABŞ administrasiyasının İrana qarşı mümkün hərbi əməliyyatları genişləndirə biləcəyinə dair növbəti siqnal kimi qiymətləndirilir. Təyyarələrin dəqiq hansı bazalarda yerləşdiriləcəyi isə hələ açıqlanmayıb.