Böyük Britaniya hökuməti Çernobıl Atom Elektrik Stansiyasının (AES) təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq (təxminən 22,5 milyon dollar) vəsait ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Rəsmi bəyanatda bildirilir ki, ayrılan bu maliyyə dəstəyi Çernobıl AES-in qoruyucu strukturunun bağlanması və ventilyasiya sisteminin bərpası, həmçinin stansiyanın istismar müddətinin uzadılması üçün vacib olan təmir işlərinə yönəldiləcək.
Qeyd olunub ki, obyektdə korroziyanın qarşısının alınması üçün təmir işlərinin aparılması qaçılmazdır. Əks təqdirdə, mövcud vəziyyət "onilliklər boyu qoyulmuş beynəlxalq investisiyaları alt-üst edə" və ciddi uzunmüddətli ekoloji risklər yarada bilər.
Praqada 450 min insan medianın dövlət tərəfindən maliyyələşdirilməsinə qarşı aksiya keçirib
ABŞ-nn “Theodore Roosevelt” təyyarədaşıyan gəmisi noyabrın 16-da Yaxın Şərqə çatacaq
Frankofoniya sammitində birlik çağırışı: Konqo və Ruanda arasında baş katib postu uğrunda gərginlik
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir