20 iyul 2026 16:25
157

UEFA Konfrans Liqası: "Braqa" "Neftçi"nin potensial rəqibi olub

"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk) komandasını məğlub etsə, "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan təmsilçisi ÇSKA-ya uduzsa, bu turnirdə "Dinamo" (Kiyev, Ukrayna) - PAOK cütünün məğlubu ilə görüşəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin matçları 6 və 13 avqusta təsadüf edəcək.