Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Federasiyası Prezidentinin iqlim və su ehtiyatları üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriev arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud vəziyyət müzakirə olunub, tərəflər iqtisadiyyatın digər sahələrində olduğu kimi, aqrar sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayıblar.
Görüş zamanı tərəflər Xəzər dənzinin səviyyəsinin aşağı düşməsi, aqrar sahəyə dair yeni Dövlət Proqramının əsas məqsədlərindən biri olan su resurslarına qənat edilməsi məqsədilə suvarma sistemlərinin müasirləşdirilməsi, quraqlığa və xəstəliyə davamlı bitki sortlarının qarşılıqlı sınaqlarının təşkil edilməsi, hər iki ölkə ərazisində keçirilən beynəlxalq sərgi, yarmarka və aqrar festivallarda qarşılıqlı iştirak, eləcə də tərəflərin maraq kəsb etdiyi digər prioritet məsələlər müzakirə edilib.
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova
Bu texnologiya dövlət dəstəyi mexanizmlərində rəqəmsal alətlərdən istifadənin genişləndirilməsinə xidmət edir
Aqrar sektorda 24 süni intellekt həlli üzrə hazırlıq başa çatıb - İlhamə Qədimova
Aqrar Süni İntellekt layihəsi kənd təsərrüfatının inkişafına HANSI TÖHFƏNİ VERİR?