Bu gün energetika naziri Pərviz Şahbazov Goranboy şəhərində vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbulda vətəndaşların elektrik sayğaclarının quraşdırılması, elektrik şəbəkəsinə qoşulma, elektrik enerjisinin keyfiyyəti və fasilələrlə verilməsi, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, transformatorun yerinin dəyişdirilməsi, kəndin elektrik təşərrüfatının yenilənməsi, elektrik verilişi xətlərinin mühafizə zonası və digər məsələlərə dair müraciətləri dinlənilib.
Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Abşeron, Goranboy, Göyçay rayonlarından və Bakı, Mingəçevir, Naftalan şəhərlərindən olan 38 vətəndaş iştirak edib.
Orta Dəhlizə potensial investisiyalar region ölkələri üçün dünya iqtisadiyyatına daha dərindən inteqrasiya perspektivləri açır – BVF
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir