25 iyul 2026 11:18
100

“Azərpoçt” MMC-də növbəti qanvermə aksiyası təşkil olunub

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı ilə birgə qanvermə aksiyası keçirib.

“İki sahil” xəbər verir ki, çoxsaylı əməkdaşın iştirak etdiyi qanvermə prosesi Respublika Qan Bankının ixtisaslaşmış tibbi heyəti tərəfindən zəruri müayinələr aparılmaqla və həkim-hematoloqların nəzarəti altında həyata keçirilib.

Toplanan qan nümunələri laborator müayinələrdən keçirildikdən sonra talassemiya, hemofiliya, leykoz və digər hematoloji xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsinə yönəldiləcək.

Qeyd edək ki, qan və onun komponentlərinin köçürülməsi bir çox xəstənin həyatının xilas edilməsində mühüm rol oynayır. “Azərpoçt” MMC də könüllü qanvermə aksiyalarını mütəmadi təşkil etməklə qan ehtiyatlarının artırılmasına və qan xəstəliklərindən əziyyət çəkən şəxslərin davamlı qanla təmin olunmasına töhfə verir.