Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 999 min ABŞ dolları olub.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 %), dəyər baxımından isə, 299 min dollar (7 %) azdır.
Hesabat dövründə nar ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.
6 ayda Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, illik müqayisədə 1,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 % artıb, idxal isə 27,6 % azalıb.
Son nəticədə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir