25 iyul 2026 15:44
110

Rodri "Real"la razılaşdı

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri "Real"la şəxsi müqavilənin şərtlərini razılaşdırıb.

“İki sahil” xəbər verir ki, bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Mənbənin iddiasına görə, dünya çempionu hazırda Madrid klubunun "Mançester Siti" ilə transfer məsələsini bitirməsini gəlməsini gözləyir.

Rodrinin İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı isə onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

İspaniyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 33 oyunda 2 qol vurub.