26 iyul 2026 17:01
110

"Formula 1" üzrə Bəhreyn Qran-prisi Yaxın Şərqdəki vəziyyətlə bağlı Malayziyaya köçürülüb

Regiondakı vəziyyətlə əlaqədar "Formula 1" yarışlarının Bəhreyn Qran-prisi Malayziyada keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, tədbir oktyabrın 2-dən 4-dək keçiriləcək.

Mart ayında "Formula 1" eyni səbəblərdən Bəhreyn və Səudiyyə Ərəbistanında aprel ayına planlaşdırılan mərhələləri ləğv etmişdi.

Malayziyada Qran-prilər 1999-cu ildən 2017-ci ilə qədər "Sepanq" trasında keçirilib. Bu mərhələnin sonuncu qalibi niderlandlı Maks Ferstappen olub.