26 iyul 2026 17:54
115

Pirlo ilə bağlı araşdırma tələb olundu

İtaliyanın istehlakçı hüquqlarını müdafiə edən "Codacons" təşkilatı Andrea Pirlonun Rusiya mərc şirkəti ilə sponsorluq əməkdaşlığına görə araşdırma aparılmasını tələb edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, bu əməkdaşlıq Pirlonun İtaliya millisinin baş məşqçisi vəzifəsinə mümkün təyinatı ilə bağlı mübahisələr yaradıb. "Codacons" bununla bağlı Rabitə Məsələləri üzrə İdarəyə (AGCOM) rəsmi şikayət edəcəyini açıqlayıb.

Təşkilat bildirib ki, Pirlo millinin baş məşqçisi təyin olunacağı halda, bu qərarın dayandırılması üçün məhkəməyə də müraciət edəcək. Codacons hesab edir ki, sabiq futbolçunun mərc şirkətinin reklam siması kimi fəaliyyəti İtaliya qanunvericiliyinə ziddir.

Şikayət təmin olunarsa, Pirlo sponsorluq müqaviləsinin dəyərinin 20 faizi həcmində cərimələnə bilər.