Konqo Demokratik Respublikasında “Ebola” virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 3200 nəfərə yüksəlib, ölənlərin sayı isə 1405 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
Rəsmi məlumata görə, ölkədə “Ebola” virusunun yayılması davam edir. Səhiyyə qurumları yeni yoluxmaların aşkarlanması, xəstələrin müalicəsi və infeksiyanın qarşısının alınması istiqamətində tədbirləri gücləndirib.
Qeyd edək ki, “Ebola” epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində və Uqandada başlayıb.
Yaponiya ABŞ-də yarımkeçirici zavodlarının tikintisinə 21 milyard dollar ayıracaq
Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb