27 iyul 2026 10:13
80

İrana qarşı əməliyyatın başlanğıcından bəri 600-dən çox ABŞ hərbçisi xəsarət alıb

İsrail və ABŞ-ın İrana qarşı fevralın 28-də başlayan hərbi əməliyyatından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 624 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Pentaqonun məlumatlarına istinadla xəbər verib.

Nəşrin qeyd etdiyinə görə, ABŞ Müdafiə Nazirliyi atəşkəsin pozulmasından sonra gərginliyin yeni mərhələsinin başladığı 7 iyul tarixindən etibarən yaralı və həlak olanlar barədə statistikaya ayrı bir səhifədə dərc etməyə başlayıb.

Yeni statistikaya əsasən, 7 iyul tarixindən bəri rəsmi olaraq xəsarət alan hərbçilərin sayı 207 nəfər təşkil edib.