Türkiyə - Birləşmiş Ştatların sadiq müttəfiqidir və heç kim ABŞ-a bu ölkəyə "F-35" qırıcılarını tədarük etməyə mane ola bilməz.
“İki sahil” ABŞ mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Donald Tramp, İsrailin Baş naziri Benyamin Netanyahunun bu məsələyə qarşı çıxması ilə bağlı sualı şərh edərkən bildirib.
"Türkiyə - çox qüdrətli ölkədir. Möhtəşəmdir, çox böyük silahlı qüvvələrə malikdir. Onların silahlı qüvvələrində əla texnikalar var. Nəyi satıb-satmayacağımız barədə heç kim mənə göstəriş verməyəcək", - D.Tramp qeyd edib.
Süni intellektə nəzarətin tərəfdarları ABŞ-da namizədlərin dəstəklənməsinə 48 milyon dollar xərcləyiblər
Bağçalı: Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır