28 iyul 2026 11:59
93

Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.

“İki sahil” xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.