Beynəlxalq tərəfdaşlarımızla ünsiyyətdə Azərbaycanın qlobal brendinə çevrilmiş "ASAN Xidmət" modelinə göstərilən yüksək marağı və onun tətbiqindən ifadə olunan məmnuniyyəti eşitmək qürurvericidir.
“İki sahil” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media paylaşımında qeyd edib ki, dövlət xidmətlərinin vahid məkanda və innovativ yanaşmalar əsasında təqdim edilməsi biznes mühitinin daha da yaxşılaşdırılmasına və rəqəmsal iqtisadiyyatın inkişafına xidmət edir.
"ASAN xidmət" modelinin müxtəlif ölkələrdə uğurla tətbiqi Azərbaycan-ın bilik və təcrübə əsaslı xidmət ixracı potensialını nümayiş etdirir. Bu model ölkəmizin idarəetmə sahəsində formalaşdırdığı innovativ həllərin beynəlxalq səviyyədə paylaşılmasına, yeni institusional tərəfdaşlıqların qurulmasına və yüksək əlavə dəyər yaradan fəaliyyətinin genişlənməsinə töhfə verir.
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir
“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması ilə rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır
Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər
Birbank Invest vasitəsilə “EmbaFinans”BOKT istiqrazlarına investisiya etmək imkanı
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb
Suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir İlhamə Qədimova