29 iyul 2026 09:40
87

Ərdoğanın mətbuata açıqlama ilə çıxış etməsi gözlənilir

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin (NK) iclası keçiriləcək.

“İki sahil”  bu barədə "TRT Haber"ə istinadla xəbər verir.

Məlumata görə, NK iclasında əsas gündəm mövzusu ABŞ ilə İran arasında yaşanan gərginlik və Yaxın Şərqdə təhlükəsizlik məsələləri olacaq. Hörmüz boğazındakı qeyri-müəyyənliyin ölkə iqtisadiyyatına təsirləri də iclasda müzakirə ediləcək.

İclasdan sonra Ərdoğanın mətbuata açıqlama ilə çıxış etməsi gözlənilir.