Bakının Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində aidiyyəti qurumun aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir.
Məlumata görə, məhdudiyyət səbəbindən iyulun 30-dan təmir-bərpa işləri yekunlaşana qədər 202 nömrəli marşrutun son dayanacaq məntəqəsi Asəf Zeynallı küçəsində 94 nömrəli transformator yarımstansiyası yaxınlığına təşkil ediləcək. 92 nömrəli marşrut isə Asəf Zeynallı – Yurd Yeri – Maralan - Yaşar Sadıqov küçələri ilə hərəkət edəcək.
Azərbaycanın Ombudsman təsisatı İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinə üzv seçilib
Beynəlxalq axtarışda olan şəxs Polşa Respublikasında tutularaq AzərbaycanRespublikasına ekstradisiya edilib
BDU-nun Astrofizika kafedrası: Oktyabrın 6-10-da Drakonid meteor yağışı olacaq