Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya tərəfindən erməni mallarına tətbiq edilən məhdudiyyətləri tənqid edərək, problemin həll edilməyəcəyi təqdirdə bunun Avrasiya İqtisadi İttifaqının (Aİİ) gələcəyini təhlükə altına qoyacağını bildirib.
“İki sahil” xəbər verir ki, Nikol Paşinyan bu fikirləri jurnalistlər üçün brifinqdə səsləndirib.
Baş nazirin sözlərinə görə, hazırda Aİİ faktiki olaraq iflic vəziyyətindədir və normal fəaliyyət göstərmir.