Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.
“İki sahil” xəbər verir ki, o, Avropa Liqasının III təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” və Kiprin “Omoniya” komandaları arasında keçiriləcək ilk matçın baş hakimi olacaq.
Referiyə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Avstriyalı Alan Kijas VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma avqustun 6-da keçiriləcək.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib