02 avqust 2026 23:32
92

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Avqustun 1-də Türkiyənin İstanbul hava limanı 289 min 260 sərnişinə xidmət göstərərək Avropada gündəlik sərnişin sayına görə rekord müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

"Dünyanın görüş nöqtəsi olan İstanbul hava limanı Türkiyə aviasiyasının gücünü səmalara daşımağa davam edir", – deyə nazir bildirib.