03 avqust 2026 11:42
108

Moldovada fermerlər Ukraynadan taxıl idxalına təcili məhdudiyyət qoyulmasını tələb edirlər

Moldovanın «Fermerlərin Gücü» assosiasiyası ölkə rəhbərliyindən Ukraynadan taxıl idxalını təcili olaraq məhdudlaşdırmağı tələb edib.

“İki sahil” xəbər verir ki,  "Sputnik Moldova"nın məlumatına görə, fermerlər Ukraynadan taxıl və yağlı bitkilərin idxalı üçün lisenziyalaşdırma sisteminin bərpa olunmasını istəyirlər.

Müraciətdə vurğulanır ki, son həftələrdə yerli kənd təsərrüfatı istehsalçıları üçün vəziyyət kəskin şəkildə pisləşib. Odessa limanı vasitəsilə ixraca qoyulan məhdudiyyətlər səbəbindən Ukraynada kənd təsərrüfatı məhsullarının qiyməti 30–40% aşağı düşüb. Hazırda treyderlər Ukrayna buğdasını kiloqramı təxminən 1,6–1,8 ley qiymətinə satın alırlar. Moldova aqrarçılarının fikrincə, Ukrayna taxılının bir hissəsi sonradan mənşə ölkəsi dəyişdirilərək Rumıniyaya təkrar ixrac oluna bilər.