“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2684 nömrəli quyu qazmadan sonra istismara verilib.
“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. Kompleks Qazma İşləri Tresti tərəfindən qazılmış quyu qirməki altı lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1591-1587 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub