03 avqust 2026 12:42
106

İspaniya Seutadakı böhranla bağlı Aİ üzvlərindən həmrəylik tələb edir

İspaniya hakimiyyəti Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərindəki miqrasiya böhranı ilə bağlı Avropa İttifaqı ölkələrindən həmrəylik tələb edir. Bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares bəyan edib. XİN rəhbərinin sözlərinə görə, qanunsuz miqrant axınına reaksiya verərkən əvvəlki səviyyədə dayanmağa nail ola bilməyən Avropa hökumətləri oldu.

“İki sahil” xəbər verir ki,  diplomat "TVE" telekompaniyasına müsahibəsində xatırladıb ki, başqa böhranlar zamanı Madrid həmişə öz həmrəyliyini nümayiş etdirib: «Biz məhz bunu digər avropalılardan tələb edirik». O, əlavə edib ki, İspaniyanın muxtar şəhərləri olan Seuta və Melilya heç vaxt Şengen zonasının bütövlüyünə təhdid yaratmayıb.

Nazir Mərakeşin böhranın həllində yaxından iştirak etdiyini vurğulayıb: "Ən başından Mərakeş bu insan axınının qarşısını almağa və ilk növbədə onların dərhal geri qaytarılmasını təmin etməyə çalışaraq öz köməyini təklif edib. Ölkəyə daxil olanların mütləq əksəriyyəti artıq Mərakeşə qayıdıb və Mərakeş bu köməyi təklif etməkdə davam edir".