03 avqust 2026 21:37
111

Tramp: Razılaşma olmadıqca İrana heç nə keçməyəcək

ABŞ Prezidenti Donald Tramp İranı ikiüzlülükdə ittiham edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, “Truth” sosial mediasında yazıb.

Tramp bildirib ki, İran tərəfi görüşmək istəyir, danışıqlar başlayır, yaxın gələcəkdə daha çox danışıqlar planlaşdırılır. Daha sonra heç bir müzakirə aparmadıqlarını deyirlər.

Onun sözlərinə görə, İran Hörmüz boğazını idarə etdiyini desə də, o, artıq ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tamamilə nəzarətdədir.

“Razılaşma və ya tam təslim olmadıqca İrana heç nə keçməyəcək. İran bunu etiraf etmək istəsə də, istəməsə də, əslində, onilliklərdir onların yaratdığı problemin həllindən danışırıq. Məsələ sadədir, İranın heç vaxt nüvə silahı olmayacaq”,- deyə Tramp əlavə edib.