Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu bəlli olub.
“İki sahil” xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın 1-ci liqa təmsilçisi "Soçi" klubuna transfer olunub. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək qüvvədə olan müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Şeydayev karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor", "Buriram Yunayted" və digər klubların formasını geyinib.
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək