03 avqust 2026 21:52
122

İrkutsk vilayətində "Cessna 182" təyyarəsi radarlardan itib

Rusiyanın İrkutsk vilayətində meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqini həyata keçirən "Cessna 182" təyyarəsi radarlardan itib.

“İki sahil” "İnterfaks-Rusiya"ya istinadən xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev məlumat verib.

Onun sözlərinə görə, göyərtədə iki nəfər olub - hava gəmisinin komandiri və müşahidəçi pilot.

Təyyarə patrul xidməti həyata keçirmək üçün gündüz saatlarında Mama qəsəbəsindən yola düşüb. Bodaybinsk meşə təsərrüfatında meşə yanğınına baxış keçirdikdən sonra təyyarə Bodaybo şəhərinə istiqamətlənib, onun üzərində dövrə vuraraq cənub-şərqə istiqamət götürüb. Hava gəmisindən siqnal sonuncu dəfə gündüz saatlarında qeydə alınıb.

Kobzev bildirib ki, hava gəmisi yerli vaxtla saat 20:50-də Mama qəsəbəsinə qayıtmalı idi.

Axtarış əməliyyatının keçirilməsi üçün yaxın vaxtlarda Yakutiyadan təyyarə göndəriləcək. Səhər saatlarında axtarışlara iki helikopterin cəlb edilməsi planlaşdırılır.