03 avqust 2026 23:14
120

Olqa Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edilib

Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edib.

“İki sahil” xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

"Stefanişina Olqa Vitalyevna Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - sənəddə deyilir.