03 avqust 2026 23:23
102

"Arsenal" onu hədəfə aldı

"Arsenal" "Nyukasl"ın kapitanı Bruno Gimarayeşi transfer etmək üçün rəsmi təklifini göndərib.

“İki sahil” xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, London klubu 28 yaşlı braziliyalı yarımmüdafiəçi üçün 70 milyon funt sterlinq təklif etsə də, bu təklif rədd edilib.

Bildirilir ki, "Nyukasl" futbolçunun transferindən təxminən 80 milyon funt sterlinq gəlir əldə etməyi hədəfləyir. Bununla yanaşı, Gimarayeş artıq klub rəhbərliyinə "Arsenal"a keçmək istədiyini vurğulayıb.

Qeyd olunur ki, transferin baş tutub-tutmayacağı "Arsenal"ın təklifini artırıb-artırmayacağından asılı olacaq.