Azərbaycan millisinin və ABŞ-nin "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək. 22 yaşlı futbolçu Superliqaya qayıdan "Ərzurumspor"a keçib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, Nəriman Axundzadə cari ilin fevral ayında "Kolambus Kryu" heyətinə qoşulmuşdu.
“Neftçi” Azərbaycan çempionatlarındakı 1000-ci oyununda “Qəbələ”ni məğlub edib
Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə 28-ci görüşünü keçirib