04 avqust 2026 11:57
105

Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında təkbətək görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər üzrə Federal Departamentin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis arasında təkbətək görüş başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan-İsveçrə arasında ikitərəfli əməkdaşlıq, regional və beynəlxalq gündəmdə duran məsələlər, eləcə də ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətin müzakirə olunması nəzərdə tutulur.