Böyük Britaniyanın paytaxtı Londonda hava müşahidələri aparılan 155 il ərzində ilk dəfə olaraq bir təqvim ayı ərzində tək bir yağışlı gün də qeydə alınmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Semafor" nəşri məlumat yayıb.
"1871-ci ildən bəri meteostansiyanın fəaliyyət göstərdiyi Londonun Kyu rayonunda son 155 ildə ilk dəfə olaraq yağışsız təqvim ayı qeydə alınıb", — deyə nəşrin materialında bildirilir.
Sinoptiklərin proqnozlarına görə, Böyük Britaniyadakı quraqlığa son qoyacaq davamlı yağışların yağacağına dair hələlik heç bir əlamət yoxdur.
Məlumat üçün bildirək ki, bundan əvvəl 2026-cı ilin iyul ayının Cənubi İngiltərədə təxminən 200 il əvvəl başlayan meteoroloji müşahidələr tarixinin ən quraq ayı olduğu məlum olmuşdu.