04 avqust 2026 15:44
100

Hindistan BRİKS sammitinə dəvətlər göndərib

Bu il BRİKS-də sədrlik edən Hindistan birləşməyə üzv ölkələrin dövlət və hökumət başçılarına sentyabrda keçiriləcək sammit üçün rəsmi dəvətlər ünvanlayıb.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval brifinq zamanı bəyan edib.

«Biz hazırlıq işləri görürük və artıq dəvətləri göndərmişik», — deyə o, təfərrüatları və dəvətlərə cavab alınıb-alınmadığını açıqlamadan bildirib.

Caysvalın sözlərinə görə, «Autriç» formatındakı sessiyada iştirak etmək üçün bir sıra beynəlxalq təşkilatların rəhbərlərinə də dəvətlər göndərilib. Bundan əvvəl hökumətdəki mənbə ТАSS agentliyinə Hindistanın Rusiyaya da qarşıdakı sammitdə iştirak etmək üçün dəvət göndərdiyini bildirmişdi.

Qeyd edək ki, BRİKS-in XVIII sammiti 12–13 sentyabr tarixlərində Nyu-Delidə keçiriləcək.